Taner Yıldız: “Türkiyə Rusiyadan qazın qiymətləri üçün endirim tələb edəcək”

Türkiyə Rusiyadan ölkəyə ixrac olunan qazın qiymətləri üçün endirim tələb edəcək. Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bəyan edib. Trend-in məlumatına görə, xəbəri cümə günü "Hürriyet Daily News" qəzeti yayıb. Onun sözlərinə görə, bu məsələ Avropanın ən iri qaz tədarükçüsü olan Rusiyanın "Qazprom" şirkətinin rəhbərliyi ilə müzakirə olunacaq.

Nazir qeyd edib ki, Ankara ilə Moskva arasında imzalanan müqavilə qazın qiymətlərinə endirim etmək imkanı verir: "Biz öz tələblərimizi "Qazprom" rəhbərliyinə çatdıracağıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31