Azərbaycan 112 ölkə ilə ticarət dövriyyəsində olub

2014-cü ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasının rezidentləri dünyanın 112 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib, 61 ölkəyə əmtəə ixrac olunub, 108 ölkədən idxal olub. Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə, xarici ticarət dövriyyəsi iştirakçılarının 40-ı Avropa, 21-i Amerika, 37-i Asiya ölkələri və digərləridir. 

İki ay ərzində xarici ticarət dövriyyəsi statistik məlumatlara əsasən 6,4 milyard ABŞ dolları, o cümlədən ixrac 5,2 milyard dollar, idxal isə 1,2 milyard dollar təşkil etmiş, nəticədə 4,0 milyard dollarlıq müsbət saldo yaranıb. İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, kimya sənayesi məhsulları, idxal məhsulları arasında qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqları, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil edib. Qeyri-neft məhsullarının ixracı 226,1 milyon dollara çatıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31