ABŞ-da neft-qaz sənayesinin inkişafı müzakirə olunub

Birləşmiş Ştatların Georgetown Universitetinin xarici siyasət fakültəsinin tələbələri üçün neft-qaz sənayesinin inkişafı ilə bağlı müzakirələr təşkil olunub. "OLAYLAR"-ın Dövlət Neft Şirkətinə istinadən verdiyi xəbərə görə, müzakirələrdə. ARDNŞ-nin Amerika nümayəndəliyinin rəhbəri Rauf Məmmədov, "Statoil" şirkətinin xarici əlaqələr departamentinin rəhbəri Kevin Massy, IHS CERA enerji konsaltinq şirkətinin nümayəndəsi Dr. Matt Sagers iştirak edib. Tədbirin əsas məqsədi tezliklə universitetdən məzun olacaq tələbələrin post-sovet ölkələri neft-qaz sənayesindəki yeni iş imkanları və bu imkanların düzgün dəyərləndirilməsi üçün tələb olunan meyarlar haqqında məlumatlandırılması olub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31