Dövlət Neft Şirkəti müsabiqə elan etdi

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Elm Fondu" dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental və tətbiqi xarakterli elmi-tədqiqat layihələrini və digər elmi tədbirləri dəstəkləmək, Azərbaycan Milli Elmlər Akademiyası sistemində fəaliyyət göstərən və neft-qaz, neft-kimya sənayesi ilə bağlı aktual və müasir elmi problemlərin tədqiqi ilə məşğul olan alimlərin və yaradıcı kollektivlərin elmi fəaliyyətini dəstəkləmək və onlara əlavə yaradıcılıq imkanlarını yaratmaq, həmçinin Azərbaycan Respublikasında fundamental, tətbiqi və innovasiya xarakterli elmi, texniki araşdırmaların stimullaşdırılması məqsədilə 2014-cü il üçün müsabiqə elan edir.

Elm Fonduna təqdim olunan layihələr Yer elmləri, Texnika elmləri, Kimya elmləri istiqamətləri üzrə olacaq. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31