SOCAR Ukraynada yeni YDM-lər açdı

Ukraynanın Xmelnitski və Poltava vilayətlərində SOCAR brendi ilə fəaliyyət göstərəcək yanacaqdoldurma məntəqələri açılıb. "OLAYLAR"-ın Dövlət Neft Şirkətginə istinadən verdiyi xəbərə görə, YDM-lərdə Polşa, Litva və Belarusun aparıcı emal zavodlarında istehsal olunmuş, Avro-4, Avro-5 standartlarına cavab verən neft məhsulları reallaşdırılacaq. Assortimentə A-92, A-95, A-95 TM "Nano" benzinləri, TM "Nano" dizel yanacağı daxildir. Xvelnitski və Poltava vilayətlərində SOCAR brendi ilə fəaliyyət göstərən bu ilk komplekslərin ərazisində avtomobilin su təminatı, təkərlərin doldurulması kimi xidmətlər pulsuzdur. Müştərilər pulsuz Wi-Fi xidmətindən istifadə etmək, mobil telefonlara enerji yükləmək imkanına da malikdirlər. Şəhər tipli YDM-lər kompakt şəkildə inşa olunub. Bununla da Ukraynanın Kiyev, Odessa, Lvov, Nikolayev, Roven, Çerkas, Xmelnitski və Poltava vilayətlərində SOCAR brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin sayı 37-ə çatıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31