ARDNŞ ABŞ Konqresində brifinq keçirib
14 Aprel 2014 19:35 İqtisadiyyatARDNŞ-nin Amerika Nümayəndəliyi ABŞ Konqresinin Rayburn binasında "Avropa üçün təhlükəsiz enerji mənbəyi" mövzusunda brifinq təşkil edib. "OLAYLAR"-ın şirkətə istinadən verdiyi xəbərə görə, brifinqin keçirilməsində əsas məqsəd Cənub Qaz Dəhlizinin etibarlı enerji mənbəyi kimi əhəmiyyətini vurğulamaq olub. Brifinqdə konqress üzvlərinin, Macarıstan, Albaniya, Litva, Makedoniya, Çex Respublikasının səfirliklərinin nümayəndələri iştirak ediblər. ATƏT, Amerika yəhudi icması, "Statoil" şirkəti, Vaşington Institutu, Konqresin Xarici Əlaqələr Komitəsi və Atlantik Şurası kimi təşkilat və şirkətlərin də tədbirdə təmsil olunması regionun və Azərbaycanın regiondakı rolunun daim diqqət mərkəzində saxlanıldığını bir daha sübut edib. Tədbirin birinci hissəsində Corctaun universitetinin mühazirəçi-professoru Brenda Şaffer Avropanın enerji tələbatının ödənilməsində və enerji idxalı mənbələrinin diversifikasiyasında Azərbaycanın rolundan danışıb.