2014-cü ildə internet reklamı bazarının həcmi 120 milyard dolları ötəcək
14 Aprel 2014 15:05 İqtisadiyyat"ZenithOptiMedia" agentliyi analitiklərinin qiymətləndirməsinə əsasən, cari ildə qlobal internet reklamı bazarının həcmi 537 milyard dollara çatacaq. Bu proqnoz özünü doğrultsa, 2013-cü illə müqayisədə artım 5,5 faiz təşkil edəcək: ötən il müxtəlif növ reklama ümumilikdə 509 milyard dollar xərclənib. Mincom.giv.az xəbər verir ki, şirkət analitiklərinin proqnozlarına görə, bu il avrozonada reklam xərcləri 69 milyard dollardan 70 milyard dollaradək yüksələcək. Qeyd edildiyinə görə, bu regionda yüksəliş 2010-cu ildən müşahidə olunmayıb. ABŞ-da bazarın həcminin 167 milyard dollardan 176 milyard dollaradək artacağı gözlənilir. Cari ildə internet reklamının bazar payının 22 faizə - 121 milyard dollara bərabər olacağı proqnozlaşdırılır. 2016-cı ilədək internet reklamının payı 27,1 faizədək artacaq. Bu, mobil qurğuların artmaqda olan nüfuzetməsi sayəsində mümkün olacaq: 2016-cı ildə müvafiq seqmentdə reklam xərcləri 2013-cü ildəki 2, 7 faizdən 7,6 faizədək və ya 13,4 milyard dollardan 45 milyard dollaradək artacaq.