2018-ci ildə smartfon prosessorlarının satışı 30 milyard dollara çatacaq
14 Aprel 2014 14:05 İqtisadiyyat"Strategy Analytics" tədqiqat agentliyi mobil prosessor əlavələri bazarının (Application Processor, AP) perspektivlərini qiymətləndirib. Mincom.gov.az xəbər verir ki, əsas tendensiyalar arasında analitiklər 64 bitlik həllərə tələbatın artmasını, "LTE" modemli çiplərin payının yüksəlməsini və çoxnüvəli məhsulların liderliyini qeyd edirlər. Ekspertlərin proqnozlarına əsasən, 2018-ci ildə smartfonlar üçün əlavələr prosessorlarının satış həcmi 30 milyard dollara çatacaq. Bu bazarın həcminin ildə orta hesabla 10,8 faiz artacağı gözlənilir. Planşet çiplər seqmentində illik artım göstəricisi 14,6 faizə bərabər olacaq, 2018-ci ildə yekun satış həcmi 7,2 milyard dollar təşkil edəcək. "Strategy Analytics" proqnozuna əsasən, 2018-ci ildə buraxılan prosessor əlavələrinin 83 faizi "ARM" arxitekturası ilə təchiz olunacaq, halbuki 2012-ci ildə bu göstərici 100 faiz olub. Planşet kompüterlər arasında ARM-çiplərin payı bu müddət ərzində 98 faizdən 70 faizədək aşağı düşəcək.