2020-ci ilədək “rəqəmli dünya”nın həcmi 44 trilyon qiqabayt olacaq
11 Aprel 2014 20:00 İqtisadiyyat"EMC" şirkətinin sifarişi üzrə "IDC" analitik şirkəti tərəfindən keçirilmiş yeddinci "Rəqəmli dünya" illik tədqiqatının nəticələrinə əsasən, 2020-ci ilədək rəqəmli dünyanın həcminin 10 dəfə artacağı gözlənilir. Cari il "Rəqəmli imkanlar dünyası: əşyaların internetində məlumat müxtəlifliyi" mövzusuna həsr edilmiş tədqiqat simsiz texnologiya, "ağıllı" qurğulara həsr edilib.
Son illər məhz bu informasiya generatorları məlumat həcminin aktiv artımında mərkəzi rol oynayır.
Belə ki, "Əşyaların interneti" sayəsində rəqəmli dünyanın həcmi hər iki ildə iki dəfə artır. Tədqiqat müəlliflərinin proqnozuna görə, 2013-2020-ci illərdə informasiyanın həcmi 10 dəfə artaraq 44 trilyon olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31