Neft Daşlarında quyu qazılıb
10 Aprel 2014 18:18 İqtisadiyyatNeft Daşları yatağındakı 2521 №-li Stasionar Dəniz Özülündən 2527 nömrəli quyuda qazma işləri sona çatdırılıb. "OLAYLAR"-ın Dövlət Neft Şirkətinə istinadən verdiyi xəbərə görə, layihə dərinliyi 1214-1205 metr olan quyu Kompleks Qazma İşləri Tresti tərəfindən qazılıb. Quyu martın 30-dan etibarən istismara daxil edilib. Geoloqların hesablamalarına görə, quyudan fontan üsulu ilə sutkada 15 ton neft hasil edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31