‘’Ümid’’və ‘’Qərbi Abşeron’’ yataqlarında qazma işlərinin aparılması SOCAR-AQŞ-yə həvalə edildi
9 Aprel 2014 18:52 İqtisadiyyat''Ümid''və ''Qərbi Abşeron'' yataqlarında qazma işlərinin aparılması SOCAR-AQŞ-yə həvalə edilib. Məlumat üçün bildiririk ki, ''Ümid'' və ''Qərbi Abşeron'' yataqlarında qazma işlərinin 2014-cü ildən başlayaraq SOCAR-AQŞ tərəfindən aparılması rəsmən təsdiqlənib. ''Ümid'' yatağında qazma işləri "SOCAR-ÜMİD'' MMC-nin sifarişi əsasında aparılacaq. Yaxın gələcəkdə SOCAR-AQŞ adıçəkilən yataqda ZJ-70 tipli 1 qazma qurğusu ilə qazma işlərinə başlayacaq. Hal-hazırda ''Ümid'' yatağında 1 saylı DDSÖ-dən 14 saylı kəşfiyyat
quyusunun qazılmasına hazırlıq işləri çərçivəsində özüldə texniki baxış, təmir və montaj işləri həyata keçirilir. Bu kəşfiyyat quyusu ''Ümid'' yatağının neft-qaz ehtiyatlarını öyrənmək məqsədilə qazılır. Ümumilikdə, ''Umid'' yatağında 1 saylı DDSÖ-dən orta dərinliyi 6700 m olan 3 quyunun qazılması planlaşdırılır. Bundan başqa müəssisə "Qərbi Abşeron" yatağında 20 saylı DDSÖ-dən orta dərinliyi təxminən 1000 m olan
10 quyunun qazılmasını planlaşdırır. ARDNŞ-nin "Azneft" İstehsalat Birliyi tərəfindən sifariş edilən bu quyuların horizontal qazılması nəzərdə tutulur.
Qeyd edək ki, müəssisə müasir tələblərə cavab vermək üçün hər iki yataqda Avropa, ABŞ və Yaponiya istehsalı olan texnika və texnologiyaların tətbiqinə üstünlük verəcək. SOCAR-AQŞ-nin bu günə qədər əldə etdiyi nailiyyətlər bizə deməyə əsas verir ki, müəssisəmiz bundan sonrakı fəaliyyətində də heç bir qəzaya və bədbəxt hadisəyə yol vermədən sifarişçilərin planlarına tam əməl etmək iqtidarındadır və eyni zamanda Azərbaycanda və xaricdə yeni layihələri icra etməyi planlaşdırır. OLAYLAR