“Apple”ın mobil qurğularının 87 faizi “iOS 7” platforması ilə işləyir
9 Aprel 2014 03:52 İqtisadiyyat"Apple" şirkətinin mütəxəssisləri tərəfindən keçirilmiş son araşdırmaya görə, hazırda Amerika şirkətinin mobil qurğularının 87 faizi "iOS 7" əməliyyat sistemi ilə işləyir.
"ICTnews" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, statistika "Apple"ın rəsmi saytında tərtibatçılar üçün bölmədə nəşr edilib.
Əməliyyat sisteminin əvvəlki versiyası "iOS 6" platforması hazırda mobil qurğuların 11 faizində quraşdırılıb. Ötən il dekabrın əvvəlinə olan məlumata görə, "Apple"ın mobil qurğularının 74 faizinə "iOS 7" mobil əməliyyat sistemi quraşdırılıb, dekabrın sonunda bu göstərici 78%-dək, yanvarın sonunadək 80%-dək artıb, martın sonunda isə artıq "alma" şirkətinin mobil qurğularının 85%-i "iOS 7" ilə işləyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31