ARDNŞ-dən Qaraçuxurdakı insidentlə bağlı açıqlama

ARDNŞ-nin "Qaz İxrac" İdarəsinin Abşeron Magistral Qaz Kəmərləri Sahəsinin Qaraçuxur qəsəbəsində yerləşən qazpaylayıcı stansiyasında rekonstruksiya və torpağın rekultivasiyası işləri aparılıb. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə,  ərazi SSRİ vaxtından yerin altında qalmış boru hissələri və dəmir qırıntılarından təmizlənib. Bu zaman yerin altında çoxdan qalmış köhnə odarant qabı üzə çıxıb və onun içində olan odarant qalıqlarının iyi ətrafa yayılıb. Bu, əhali arasında qısamüddətli təşviş yaratsa da, görülmüş operativ tədbirlər nəticəsində insident aradan qaldırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31