“AtaBank”dan lotereya kampaniyası

 "AtaBank" ASC-nin "Nağdsız ödə, nağd qazan" ani stimullaşdırıcı lotereya kampaniyası davam edir. Bankdan "OLAYLAR"-A bildirilib ki, "AtaBank" ASC "Nağdsız ödə, nağd qazan" ani stimullaşdırıcı lotereya kampaniyasının 3-cü mərhələsinə martın 1-dən start verilib. Lotereya cari il, dekabrın 31-dək davam edəcək. Lotereyada "AtaBank" ASC tərəfindən ticarət, ictimai-iaşə və ya xidmət obyektlərində quraşdırılmış POS-terminallar vasitəsilə Azərbaycanda fəaliyyət göstərən istənilən bank tərəfindən emissiya edilən ödəniş kartları ilə nağdsız əməliyyatlar aparan fiziki şəxslər iştirak edə bilərlər. Qeyd edək ki, kampaniyada maksimal məbləği 1000 manat olmaqla minlərlə uduşlar var. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31