“Azərbaycan Rusiya mallarından imtina etməməlidir” - AÇIQLAMA
Qadir İbrahimli: “Əgər Ukrayna ordusu Rusiya ilə döyüşmək istəmirsə, Azərbaycan özünü bu qədər ağır yükün altına atmamalıdır”
7 Aprel 2014 16:43 İqtisadiyyatİqtisadçı-ekspert Qadir İbrahimli bəzi mütəxəssislərin Ukraynada həyata keçirdiyi işğalçılıq siyasətinə etiraz olaraq Azərbaycanın da Rusiya məhsullarından imtina etmək çağrışına münasibət bildirib. Q.İbrahimli bu cür cağrışları qeyri-ciddi və populist adlandırıb. Ekspertin sözlərinə görə, məsələyə bu kontekstdə yanaşmaq düzgün deyil: "Rusiya mallarından imtina edilməsi praktiki baxımdan da mümkün deyil. Digər tərəfdən Azərbaycan belə bir qərara getməz, getməməlidir. Bu, Azərbaycan və Rusiya arasında əlaqələrin gərginləşməsinə xidmət edə bilər. Əgər Ukrayna ordusu Rusiya ilə döyüşmək istəmirsə, Azərbaycan özünü bu qədər ağır yükün altına atmamalıdır. Bu məsələnin nəzəri tərəfidir, praktiki baxımdan da mümkün deyil. Belə bir qərarın qəbul edilməsi Azərbaycanın Rusiyaya qarşı iqtisadi sanksiyalara başlaması deməkdir. Azərbaycanın rus mallarından imtinası ilə ən böyük zərbə ölkəmizə dəyə bilər". ("OLAYLAR" İA)