ARDNŞ-nin mütəxəssisi BMT-nin Ekspertlər qrupunun Redaksiya Heyətinə üzv seçilib

ARDNŞ prezidentinin "İqlim dəyişmələri haqqında Çərçivə Konvensiyasının icrası ilə bağlı tədbirlər barədə" 2008-ci il tarixli 68 saylı Əmrinə əsasən şirkətin Ekologiya İdarəsində bu sahədə fəaliyyət göstərən mütəxəssislərin bilik və bacarıqlarının artırılması məqsədilə mühüm işlər görülüb. "OLAYLAR"-ın məlumatına görə,  bu günlərdə BMT-nin İqlim Dəyişmələri üzrə Hökümətlərarası Ekspertlər qrupunun (İPCC) qərarı ilə Emissiya Faktorunun Məlumat Bazası üzrə Redaksiya Heyətinin üzvlüyünə ARDNŞ-nin Ekologiya İdarəsinin elm və texnika şöbəsinin mühəndisi Rəna Hümbətova da seçilib. Ötən ilin sonlarında İPCC-nin Baş Katibi Renate Christ tərəfindən göndərilmiş müraciətə əsasən, qrupun Azərbaycan üzrə milli əlaqələndiricisi İPCC-nin Redaksiya Heyətinin üzvlüyünə üç müxtəlif ekspertin namizədliyini təqdim etmişdi. Həmin namizədlər arasından R. Hümbətovaya üstünlük verilib. Beləliklə, ARDNŞ-nin mühəndisi Azərbaycan  tarixində ilk dəfə dünyanın tanınmış ekspertləri arasından seçilmiş yeddi üzvdən biri kimi 2015-2018-cü illər ərzində qurumda ölkəmizi təmsil edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31