Şahin Mustafayev Sirociddin Aslov ilə görüşüb
4 Aprel 2014 16:30 İqtisadiyyatİqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Tacikistan Respublikasının xarici işlər naziri Sirociddin Aslov ilə görüşüb. Görüşdə dövlət başçılarının qarşılıqlı səfərlərinin Azərbaycan və Tacikistan arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın genişlənməsində əhəmiyyəti vurğulanıb, iqtisadi sahədə müqavilə-hüquqi baza və mövcud iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensial var. Bu potensialdan səmərəli istifadə olunması, birgə sərgi və biznes forumların təşkili ölkələrimiz arasında əlaqələrin, eləcə də iş adamları arasında işgüzar əməkdaşlığın genişləndirilməsinə əlavə imkanlar yaradacaq.
Görüşdə təhsil, investisiya qoyuluşu və s. sahələrdə əməkdaşlıq imkanları, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib. ("OLAYLAR"İA)