“SOCAR Günü” təşkil olunub

 ''İNEPO-AVRASİYA'' Ətraf Mühitin Mühafizəsi VIII Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları üçün "SOCAR Günü" təşkil edilib. "OLAYLAR"-ın Dövlət Neft Şirkətinə istinadən verdiyi xəbərə görə, onlar ARDNŞ-nin Ekoloji parkına ekskursiya edib, xarici ölkələrdən gəlmiş şagirdlərə Şirkətin fəaliyyət sahələri, nailiyyətləri, eləcə də parkın yaradılma məqsədi, təyinatı, istehsalat sahələri və infrastrukturu barədə ətraflı məlumat verilib. Külək generatorları, günəş panelləri, açıq və qapalı şitilxana kompleksləri ilə tanışlıqdan sonra olimpiada iştirakçıları xüsusi sahədə ağaclar əkib, lövhələrdə özləri barədə qısa xarakteristika yazıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31