“Qaradağ” yatağında yeni quyu istismara verilib
3 Aprel 2014 18:54 İqtisadiyyat"Qaradağ" yatağındakı 469 nömrəli quyu qazmadan sonra istismara verilib. "OLAYLAR"-ın Dövlət Neft Şirkətinə istinadən verdiyi xəbərə görə, Qaz Anbarları İstismarı İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Məhsuldar Qatın VII horizontuna qazılmış quyu 1889-1879 metr intervaldan sutkalıq 100 000 kubmetr qaz hasilatı ilə fonda daxil edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31