Keçən ay 33777 metr qazma işi aparılıb

Cari ilin mart ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 11975 metr qazma işi həyata keçirib. "OLAYLAR"-ın Dövlət Neft Şirkətinə istinadən verdiyi xəbərə görə,  bu sahədə görülmüş işlərin 11452 metri istismara, 523 metri isə kəşfiyyata aid olub. Ümumiyyətlə, 2014-cü ilin yanvar-mart aylarında ARDNŞ üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 33777 metr qazma işi görülüb ki, bunun da 33186 metri istismara, qalanı isə kəşfiyyata aid olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31