H.Əliyev adına BNEZ-in 3 qurğusunda təmir işlərinə başlanılıb
2 Aprel 2014 18:00 İqtisadiyyatHeydər Əliyev adına Bakı neft emalı zavodunun üç qurğusunda paralel olaraq təmir işlərinə başlanılıb. Socar.az xəbər verir ki, katalitik riforminq qurğusunda, katalitik krekinqin 100-cü bölməsində və 43 nömrəli tədrici koks qurğusunun birinci axınında həyata keçiriləcək təmirin yerinə yetirilməsi məqsədi ilə texniki-təşkilati, təchizat məsələləri müəyyən edilib, qüsurlar cədvəli tərtib olunub. Təmir işləri zavodun 13 nömrəli təmir-quraşdırma sexi tərəfindən həyata keçirilir. Bundan başqa, yaxın günlərdə zavodun əsas qurğularından sayılan neftin ilkin emalı üzrə ED-AV-6 qurğusunun əsaslı təmirə saxlanılacağı nəzərdə tutulur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31