ARDNŞ Ukraynada iyirmi yanacaqdolduma məntəqəsi açacaq
2 Aprel 2014 17:34 İqtisadiyyatAzərbaycan Dövlət Neft Şirkəri (ARDNŞ) bu ilin payızına qədər Ukrayna ərazisində iyirmiyə yaxın yanacaqdoldurma məntəqəsi açmaq niyyətindədir. Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, hazırda Azərbaycan şirkətinin Kiyev, Kiyev, Odessa, Lvov, Nikolayevski, Rovenski, Çerkaski, Xmelnits və Poltova vilayətlərində 38 yanacaqdoldurma məntəqəsi var. Şirkətdən verilən məlumata görə, bu ilin payızına qədər Ukraynadakı yanacaqdoldurma komplekslərinin dairəsini 50 faiz genişləndirməyə hazırlıq gedir".
ARDNŞ-dən bildirilib ki, son 5 ildə Ukraynaya 160 milyon dollarlıq biznes işi görülüb. Qeyd edək ki, ARDNŞ Ukraynada neftayırma zavodu da almaq niyyətindədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31