İxrac edilən xam neftin həcmi açıqlandı

ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2014-cü ilin mart ayında Novorossiysk limanından 84 min 681 ton, Supsa limanından 242 min 53 ton, Ceyhan limanından 1 milyon 702 min 355 ton xam neft ixrac edib. ARDNŞ-dan verilən məlumata görə, ümümilikdə yanvar-mart ayları ərzində Novorossiysk limanından 254 min 330 ton, Supsa limanından 807 min 183 ton, Ceyhan limanından isə 4 milyon 694 min 973 ton xam neft ixrac edilib. ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31