“Buğdaya tələbatın artması Ukrayna ilə əlaqədardır”
Vahid Məhərrəmli: “Dünya bazarında buğdanın qiymətinin qalxması Azərbaycanda özünü çox qabarıq göstərib”
2 Aprel 2014 11:53 İqtisadiyyatKənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli dünya bazarında buğdanın qiymətinin qalxması məsələsinə münasibət bildirib. Dünya bazarında buğdanın qiymətinin 20% artdığını deyən V.Məhərrəmlinin sözlərinə görə, buğdaya olan təlabatın artmasına səbəb Qara dəniz regionunda, Ukrayna ətrafında yaranmış vəziyyətlə bağlıdır. Ekspert hesab edir ki, son illər bu regiondan dünya bazarına çıxarılan buğdanın həcmi kifayət qədər sanballı olub: "Belə ki, dünya bazarında reallaşan ümumi məhsulun 20%-ni təşkil edib. Dünya bazarında buğdanın qiymətinin qalxması Azərbaycanda özünü çox qabarıq göstərib. Bizim sahibkarlar xeyli irəli gedərək yaranmış vəziyyətdən əməlli-başlı bəhrələnmək fikrinə düşüblər. Heç bir iqtisadi əsası olmadan un bazarında qiymətlərin 25% qaldırıldığı bildirilir". ("OLAYLAR" İA)