Rusiya Ukraynaya satdığı qazın qiymətini 100 dollar qaldırdı

Rusiyanın "Qazprom" şirkəti aprelin 1-dən etibarən Ukraynaya satdığı təbii qazın qiymətini 268.5 dollardan 385.5 dollara qaldırıb. Şirkətin prezidenti Aleksey Miller bildirib ki, Rusiya hər 1000 kubmetr qaz üçün Ukraynadan 100 dollar artıq pul alacaq. Şirkətdən rus mətbuatına verilən məlumata görə, bundan sonra Ukrayna üçün endirim olmayacaq. A.Miller qazın qiymətlərinin qaldırılmasına səbəb kimi Ukraynanın Rusiyaya olan borcunun ödəməməsini gətirib. Qeyd edək ki, Ukraynanın Rusiyadan aldığı qaza görə, 1.711 milyar dollar borcu var. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31