Böyük Britaniyada Novruz bayramını qeyd edilib
1 Aprel 2014 16:39 İqtisadiyyatARDNŞ-nin Xarici Təqaüd Proqramı xətti ilə Böyük Britaniyada təhsil alan təqaüdçülərin və digər azərbaycanlı tələbələrin təşkilatçılığı və iştirakı ilə Nyukasl, University College London və Southampton Universitetlərində Novruz bayramı ilə bağlı tədbirlər keçirilib. Socar.az xəbər verir ki, tədbirlərdə Azərbaycanın tarixi və bu günü, siyasi-iqtisadi nailiyyətləri, Novruz ənənələri, milli musiqisi və mədəniyyəti barədə təqdimatlar olmuş, tələbələrin ifasında Azərbaycan xalq rəqsləri nümayiş etdirilib. Bayram tədbirlərinin qeyri-rəsmi hissəsində qonaqlar üçün furşet təşkil edilib, onlara Novruz şirniyyatı və Azərbaycan mətbəxinin ləziz təamları təqdim olunub. 500-ə yaxın qonağın qatıldığı tədbirlərdə Böyük Britaniya universitetlərinin professor-müəllim, tələbə heyəti ilə yanaşı ARDNŞ-nin nümayəndələri, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin əməkdaşları, şirkətin Böyük Britaniya Krallığındakı nümayəndəliyinin rəhbəri də iştirak ediblər.