Kim daha çox qazanıb?
“Samsung”un mobil biznesinin rəhbəri, yoxsa “Apple”nin baş direktoru?
1 Aprel 2014 14:14 İqtisadiyyat"Samsung" şirkətinin mobil qurğuların istehsalı üzrə biznesin rəhbəri Cey Key Şin 2013-cü ilin yekunları görə 5,8 milyon dollar qazanc əldə edib ki, bu da rəqib "Apple" korporasiyasının baş direktoru Tim Kukun qazancından çoxdur. Mincom.gov.az xəbər verir ki, Koreya istehsalçısının yeni hesabatlılıq sistemi üzrə maliyyə əməliyyatları haqqında sənədlərdə qeyd olunub ki, C.Şinin kompensasiya paketini 1,17 milyard baza əməkhaqqısı və 1,6 milyard von bonus və əlavə kompensasiyalar təşkil edib. Onun qazandığı vəsaitlərin ümumi məbləği valyuta məzənnələri nəzərə alınmaqla 5,8 milyon dollar qiymətləndirilir. Müqayisə üçün qeyd edilir ki, "Apple" baş direktoru T.Kuk 2013-cü ilin yekunları üzrə 4,25 milyon dollar qazanıb. Bu məbləğə 1,4 milyon dollar məbləğində baza əməkhaqqısı və 2,8 milyon dollar bonus daxildir. C.Şin "Samsung"un mobil biznesinə 2009-cu ildən rəhbərlik edir və o vaxtdan "Galaxy" istehsal xəttindən olan qabaqcıl smartfon və planşetlərin buraxılışına məsuldur. O, şirkətdə baş direktor vəzifəsini digər iki top-menecerlə bölüşür. "Samsung"un ikinci həmdirektoru Kvon O Hyun 2013-cü ilin yekunları üzrə 6,77 milyard von (təxminən 6,3 milyon dollar), üçüncü həmdirektor Yun Bu Kyun 5,09 milyard von (4,76 milyon dollar) qazanıb.