“AtaSığorta” iri sığorta ödənişini həyata keçirib
31 Mart 2014 13:27 İqtisadiyyat"AtaSığorta" 2014-cü ildə ilk iri sığorta ödənişini həyata keçirib. Qurumdan "OLAYLAR"-a bildirilib ki, şirkət tərəfindən fərdi qəza və xəstəlik sığortası üzrə 32,3 min manat sığorta ödənişi verilib. Sığorta ödənişi ipoteka krediti üzrə borc alanın bank qarşısında öhdəliyinin yerinə yetirilməsinə yönəldilib. Müştəri məmnuniyyətinə diqqətini daima artıran AtaSığorta ödənişlərin verilməsi prosesinin sadələşdirilməsi və tezləşdirilməsi üçün də səylərini davam etdirir. Şirkət tərəfindən görülən bu işlər nəticəsində müştərilər yüksək səviyyəli sığorta xidmətləri ilə təmin olunub və onların məmnunluq səviyyəsi artıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31