Soydaşımız Qırğızıstanın aparıcı bankının direktorlar şurasına üzv seçilib

Bişkekdə fəaliyyət göstərən Rusiya-Qırğızıstan bankı- "Amanbank"ın səhimdarlarının illik hesabat seçki iclası keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, iclasda bir sıra məsələlərlə yanaşı bankın direktorlar şurası üzvlərinin sayının artılaraq 7-yə çatdırılması məsələsinə baxılıb. Nəticədə Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov böyük səs çoxluğu ilə "Amanbank"ın direktorlar şurasına üzv seçilib. Qeyd edək ki "Amanbankı" Qırğızıstanda aparıcı banklardan biridir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31