“AtaBank”ın yeni filialı açılıb

Naftalan şəhərində "AtaBank"ın yeni filialının açılışı olub. Bankdan "OLAYLAR"-a bildirilib ki, filial fiziki və hüquqi şəxslərə geniş spektr bank xidmətləri göstərir. Burada hesablaşma-kassa, kreditlər, depozitlər, plastic kartlar, müxtəlif sistemlər üzrə təcili pulköçürmələri, communal ödənişlərin qəbulu və digər xidmətləri həyata keçirmək mümkün olacaq. Filialın açılış mərasimində "AtaBank"ın İdarə Heyətinin üzvü-İcraçı direktor Elnur Osmanov  və Filiallarla iş departamentinin  direktoru Nəsimi Kərimov iştirak ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31