ARDNŞ-də sərbəstləşən işcilərin daha 21 nəfəri işlə təmin olunub
19 Mart 2014 13:44 İqtisadiyyatARDNŞ İnsan Resursları Departamentindən verilən məlumata əsasən, son bir ayda sərbəstləşən işcilərin daha 21 nəfəri işlə təmin olunub. Belə ki, siyahısı müəssisələr tərəfindən Departamentə təqdim olunmuş 282 nəfər sərbəstləşmiş işçidən 120 nəfəri "sərbəstləşən işçilərin sosial dayanıqlığının təmin olunmasına dair Proqram"a qoşulub. Həmin 120 nəfərin 38 nəfəri üçün müxtəlif vakansiyalar üzrə müsabiqələr (test və ya peşə sınaq imtahanları) təşkil edilib, müsabiqədən uğurla keçmiş 5 nəfər işə qəbul olunmaq üçün müəssisələrə göndərilib, 5 nəfər isə keçid balını toplayaraq sərbəstləşən işçilərin kadr ehtiyatı bazasına daxil edilib. Eyni zamanda, 4 nəfər xüsusi peşə hazırlığı və bacarıq tələb etməyən peşələr üzrə, 5 nəfər isə təqdimat əsasında müsabiqə proseduru tətbiq edilmədən işə qəbul olunmaq üçün müəssisələrə göndərilib. Proqrama qoşulmuş sərbəstləşən işçilərdən ümumilikdə 13 nəfəri işə qəbul olunmaq üçün müəssisələrə göndərilib.