Smartfonlar bazarında 6 illik mədaxilin hamısı "Apple” və “Samsung”un payına düşüb
19 Mart 2014 13:35 İqtisadiyyat"Apple" və "Samsung" şirkətləri son altı il ərzində birlikdə smartfon sahəsində ümumi gəlirin təxminən 60 faizini təmin edib. Mincom.gov.az xəbər verir ki, bu barədə mobil qurğular bazarı üzrə tanınmış analitik Horase Dedyu bildirib. 2007-ci ildə ilk "iPhone" modeli satışa çıxarıldıqdan sonra aparıcı smartfon istehsalçılarının xalis gəliri 215 milyard dollar təşkil edib. Bu məbləğin 189 milyon dolları və ya 87,9 faizi bazarın hazırkı liderləri "Samsung" və "Apple"ın payına düşüb. Qeyd etmək lazımdır ki, "Apple" Cənubi Koreya rəqibini xeyli üstələyir. H.Dedyunun hesablamasına əsasən, ABŞ korporasiyasının gəliri 132,87 milyard dollar olub ki, bu da ümumi məbləğin 61,8 faizi deməkdir, halbuki "Samsung"un payı 26,1 faiz və ya 56,11 milyard dollara bərabər olub. Qalan gəliri - 26 milyard dolları "Nokia", "BlackBerry", "HTC" və "LG" şirkətləri öz aralarında bölüb. Analitikin məlumatına görə, son altı ildə "Nokia" smartfonlardan ümumilikdə 20,5 milyard dollar və ya ümumi məbləğin 9,5 faizini qazanıb ki, bu da Finlandiya istehsalçısına daha uğurlu smartfon istehsalçıları arasında üçüncü yerdə qərarlaşmağa imkan verib.