Nəqliyyat vasitələrinin yük norması ilə bağlı yeni qərar verilib

İritonnajlı nəqliyyat vasitələrinin yük norması ilə bağlı yeni qərar qəbul olunub. Nəqliyyat Nazirliyindən verilən məlumata görə, Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 104 nömrəli qərarında müvafiq dəyişikliklər edilənədək respublikadaxili yükdaşımalarında avtonəqliyyat vasitələrinin ümumi kütləsi üzrə Nəqliyyat Nazirliyi ilə razılaşdırılaraq aşağıda göstərilən hədləri müəyyən edilib: İkioxlu avtonəqliyyat vasitəsi ilə 18 tonadək, üçoxlu avtonəqliyyat vasitəsi ilə 30 tonadək (pnevmatik avadanlıqla təchiz olunmuş avtonəqliyyat vasitəsi ilə 27 tonadək), dördoxlu avtonəqliyyat vasitəsi ilə 40 tonadək, beşoxlu avtonəqliyyat vasitəsi ilə isə 44 tonadək yük daşınmasına icazə verilib. Xatırladaq ki, martın 14-dən etibarən Nəqliyyat Nazirliyi Daxili İşlər Nazirliyi ilə birlikdə bu qərarın icrasına nəzqrəti gücləndirib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31