“AtaBank” məktəbliləri sevindirdi
17 Mart 2014 16:18 İqtisadiyyat"AtaBank"ın dəstəyi ilə məktəbli uşaqlar üçün Novruz bayramı şənliyi təşkil olunub. "OLAYLAR"-a daxil olan məlumata görə, 350-dən artıq uşağın iştirak etdiyi Novruz şənliyində çıxış edən "AtaBank" ASC İdarə Heyətinin üzvü, icraçı direktor Elnur Osmanov bildirib ki, bank maliyyə bazarında yenilikçi missisyası ilə bərabər, xeyirxahlıq missiyasını da yerinə yetirməyə davam edir: " Uşaqların xüsusi qayğıya ehtiyacı olduğundan biz onları tez-tez sevindirir və hər il bayramlarda, bu dəfə isə Novruz bayramında onların bahar bayramını daha mənalı və yaddaqalan etmək üçün şənlik təşkil edirik. Biz inanırıq ki, uşaqlara göstərdiyimiz bu diqqət və qayğı onların cəmiyyətə qazandırılmasına köməkdir". Şənlikdə şən klounlar, Kosa və Bahar qızı uşaqlar üçün əyləncəli oyunlar, viktorinalar keçiriblər, onlara bayram sevincini yaşatdıbar. Sonda uşaqlara hədiyyələr verilib.