Vergilər Nazirliyinin xətti ilə büdcəyə 1 milyard 233 milyon 621,7 min manat vəsait daxil olub
17 Mart 2014 16:01 İqtisadiyyat2014-cü ilin yanvar-fevral ayında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 1 milyard 233 milyon 621,7 min manat olub. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, bu məbləğin 35,4 faizi mənfəət vergisinin, 26,0 faizi əlavə dəyər vergisinin, 11,7 faizi fiziki şəxslərin gəlir vergisinin, 11,5 faizi aksizlərin, 15,4 faizi isə digər vergilərin payına düşür. Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 618 milyon 613,7 min manat vəsait daxil olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 64 milyon 493,8 min manat çoxdur.Yanvar-fevral aylarında respublika üzrə 16 min 768, yəni ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz çox vergi ödəyicisi qeydiyyata alınmışdır. 1 mart 2014-cü il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 552 min112 təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,3 faiz çoxdur. 2014-cü ilin yanvar-fevral ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 91,1 faiz təşkil etmişdir.