"Azəriqaz" bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
14 Mart 2014 13:14 İqtisadiyyatARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyi Azərbaycanda Novruz bayramı ilə əlaqədar martın 19-dan 27-dək gücləndirilmiş iş rejimində çalışacaq. Bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Azərbaycanda Novruz bayramı ilə əlaqədar martın 20-dən 27-dək qeyri-iş günü elan edilib.
"Azəriqaz"dan bildiriblər ki, bütün bayram və istirahət günlərində İB-də növbəlilik təşkil olunacaq ki, bu da istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsinə imkan yaradacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31