Təbii qazla təmin olunan abonentlərin sayı 1 milyon 677 minə çatıb
13 Mart 2014 15:23 İqtisadiyyatAzərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi tərəfindən istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, eləcə də abonent bazasının daha da genişləndirilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq martın 1-ə qədər ölkə üzrə təbii qazla təmin edilən abonentlərin sayı 1 676 885-ə çatıb. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, onların 1 656 397-i əhali, 20488-i isə qeyri-əhali sektoruna aiddir. Abonentlərin 711 487-i Bakı şəhəri, 965 398-i isə regionların payına düşür. Təkcə 2014-cü ilin fevral ayı ərzində əhali sektoru üzrə 13 698 yeni abonent qeydiyyata alınıb ki, bunun da 4 902-si Bakı, Abşeron və Sumqayıt, 8 796-sı isə regionlar üzrədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31