“AtaBank” kimsəsiz uşaqlar üçün bayram şənliyi təşkil edəcək

"AtaBank" ASC martın 16-da  Korporativ Sosial Məsuliyyət sahəsində növbəti  aksiyasını keçirəcək. Bankdan "OLAYLAR"-a bildirilib ki,   bankın dəstəyi ilə valideyn himayəsindən məhrum olmuş kimsəsiz uşaqlar üçün Novruz bayramı şənliyi təşkil olunacaq. "Xəmsə" şadlıq sarayında baş tutacaq şənlikdə 300-dən artıq kimsəsiz uşağın iştirakı nəzərdə tutulub. Novruz şənliyində şən klounlar, kosa və bahar qızı uşaqlar üçün  əyləncəli oyunlar, viktorinalar keçirəcəklər. Tədbirin sonunda  uşaqlara  hədiyyələr veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31