Vergi xidmətinə 977 nəfər gənc kadr işə qəbul olunub
13 Mart 2014 11:44 İqtisadiyyatVergilər Nazirliyində vergi orqanlarına işə qəbul edilmiş gənc kadrlarla görüş keçirilib. Vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahir Məmmədxanov bildirib ki, Vergilər Nazirliyi ölkəmizdə işə qəbulu test üsulu əsasında keçirməyə başlamış ilk mərkəzi icra hakimiyyəti orqanıdır. İndiyədək keçirılmiş 8 belə müsabiqə nəticəsində vergi xidmətinə 977 nəfər gənc kadr işə qəbul olunub. Bu vergi xidməti əməkdaşlarının təxminən 42 faizi deməkdir. Hazırda vergi orqanlarında çalışanların 40 faizindən çoxunu yaşı 35-dən aşağı olan gənclər təşkil edir. Onların arasında qadınların sayı da ildən-ilə artmaqdadır. Tədbirin sonunda işə təyin olunmuş yeni kadrlara xidməti vəsiqələr təqdim edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31