ARDNŞ-nin vitse-prezidenti Kembric Universitetində olub
11 Mart 2014 16:20 İqtisadiyyatARDNŞ-nin ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə Böyük Britaniyaya səfəri çərçivəsində İngiltərənin nüfuzlu Kembric Universitetində olmuş, Universitetin professor-müəllim heyəti ilə görüşmüşdür. Socar. az xəbər verir ki, R.Hüseynzadə ARDNŞ-nin beynəlxalq neft şirkəti olduğunu və müxtəlif sosial layihələrə, xüsusən təhsil sahəsinə aid layihələrə dəstək verdiyini bildirmişdir. Görüş zamanı ARDNŞ ilə Kembric Universitetinin əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi aparılmış, Universitetdə Azərbaycan dili, mədəniyyəti və tarixi ilə bağlı tədris kursunun təşkil olunmasının mümkünlüyü müzakirə edilmişdir. Daha sonra R.Hüseynzadə Kembric Universitetinin kitabxanasına baş çəkmiş, orada saxlanılan Azərbaycan və türk dillərində nadir tarixi kitablarla tanış olmuşdur.