Azərbaycan və Koreya hökumətləri arasında sazişi imzalandı
11 Mart 2014 16:19 İqtisadiyyat11 mart 2014-cü il tarixində Azərbaycan Respublikası hökuməti və Koreya Respublikası hökuməti arasında kredit alınmasına dair razılaşma sazişi imzalanıb. Maliyyə Nazirliyindən "Olaylar"a verilən məlumata görə, Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov və Koreya Respublikasının Azərbaycandakı səfiri Çoy Sukin imzaladığı saziş "Pirşağı Çirkab Su Təmizləyici Qurğusu" layihəsinin tikintisi üçün Koreyanın İxrac-İdxal Bankının İqtisadi İnkişaf üzrə Əməkdaşlıq Fondundan 43,5 milyon ABŞ dolları həcmində kredit alınmasını nəzərdə tutur. Pirşağı Çirkab Su Təmizləyici Qurğusunun tikintisi ilə təmizlənmiş su kənd təsərrüfatı irriqasiyası üçün yenidən istifadə olunacaq. İmzalanma mərasimində Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında ikitərəfli münasibətlərin bir çox sahələri əhatə etdiyi qeyd olunmuş, iqtisadi, mədəni, neft-kimya, enerji, nəqliyyat, turizm və digər sahələrdə əməkdaşlığın yaxşı səviyyədə olduğunu vurğulanıb.