Elektron ticarət dövriyyəsinin həcmi artıb
11 Mart 2014 13:01 İqtisadiyyat2014-cü ilin yanvar-fevral aylarında istehlak olunması məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 3,2 milyard manatlıq və ya 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,0 faiz çox əmtəə satılmıb. Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə, istehlak mallarının 1,7 milyard manatını qida məhsulları, içkilər və tütün məmulatları, 1,5 milyard manatını qeyri-ərzaq malları təşkil etmiş, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 4,5 faiz bəndi artıb. Cari ilin ilk iki ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-fevral aylarına nisbətən 34,5 faiz artaraq 452,5 min manat təşkil edib. Əhali onlayn rejimi vasitəsi ilə sifariş verdikləri istehlak mallarının 82,2 faizini hüquqi, 17,8 faizini fiziki şəxslərin ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 91,7 faizini qeyri-ərzaq malları təşkil edib.