"AtaBank"ın Gəncədə yeni şöbəsi açıldı
11 Mart 2014 12:30 İqtisadiyyatGəncə şəhərində "AtaBank" ASC-nin yeni şöbəsinin açılışı olub. Bankdan "OLAYLAR"-a daxil olan məlumata görə, şöbə fiziki və hüquqi şəxslərə geniş spektr bank xidmətləri göstərir. Yeni xidmət mərkəzində həm fiziki, həm də korporativ müştərilərə bütün bank xidmətləri, o cümlədən hesablaşma-kassa əməliyyatları, əmanətlərin qəbulu, təcili pul köçürmələri, valyuta mübadiləsi, kommunal xidmətlərin ödənişi, biznesin inkişafı üzrə məsləhətlərin verilməsi və s. xidmətlər təklif olunur.
Qeyd edək ki, "AtaBank"ın Bakıda və ölkənin müxtəlif regionlarında bankın 25 filial və şöbəsi fəaliyyət göstərir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31