Saxta endirimlərə inanmayın!
7 Mart 2014 16:22 İqtisadiyyatAntiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Azərbaycan küçəsi, ev 4, mərtəbə 1, qapı 1-8 ünvanında fiziki şəxs Babayev Əli Fikrət oğluna məxsus məxsus mağazada aparılan yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyənləşdirilmişdir. Belə ki, mağazanın pəncərələrində "70%-ə qədər ENDİRİM" məzmunlu reklamlar yerləşdirilsə də, mağazada satışda olan malların qiymətinə endirim tətbiq edilmədiyi, malların üzərində endirimin tətbiqi barədə heç bir məlumatın (qiymətin) qeyd olunmadığı aşkar edilmişdir. Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da müəyyən olunmuşdur.
Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılmışdır.
Qanun pozuntusuna yol vermiş Əli Babayev barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.