“AtaBank” qadın jurnalistlərin bayramını təbrik etdi
7 Mart 2014 15:56 İqtisadiyyat"Excelsior Hotel Baku" otelinin "Belveder" restoranında 8 Mart Beynəlxalq qadınlar gününə həsr olunmuş xüsusi proqram keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə "AtaBank" ASC-nin dəvəti ilə Azərbaycan mediasında çalışan qadın jurnalistlər də iştirak edib. Bayram tədbirində qadınları təbrik edən "AtaBank" ASC-nin İdarə Heyətinin üzvü Elnur Osmanov bildirib ki, 8 Mart Beynəlxalq Qadınlar Günü bütün dünyada qadınların bərabərlik, inkişaf, daha dinc həyat həsrətlərini və istəklərini dilə gətirdikləri birlik günü kimi qeyd olunmaqdadır. O, jurnalist qadınları 8 mart bayramı münasibətilə təbrik edib və "AtaBank" ASC -nin məlumatlarının mediada yayımlanmasında qadın jurnalistərinində xüsusi zəhməti olduğunu vurğulayıb.