Yükdaşıma tarifləri artıb
7 Mart 2014 12:38 İqtisadiyyat2014-cü ilin fevral ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,1 faiz bahalaşıb, sərnişindaşıma tarifləri isə sabit qalıb. Statistika Komitəsindən verilən məlumata görə, ay ərzində hava nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 5,3 faiz ucuzlaşıb, digər xarici ölkələr üzrə isə 3,8 faiz bahalaşıb.
Fevral ayında MDB ölkələrinə dəniz nəqliyyatında yükdaşıma tarifləri 0,2 faiz, dəmir yolu nəqliyyatında isə sərnişindaşıma tarifləri 18,7 faiz bahalaşıb.
Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi üzrə 0,3 faiz bahalaşma müşahidə olunub.
Avtomobil nəqliyyatında sərnişindaşıma və yükdaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31