Ərzağın qiyməti artıb

2014-cü ilin fevral ayında ərzaq məhsullarının qiymətləri 0,8 faiz bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri əvvəlki ayla eyni səviyyədə qalıb. Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə, ay ərzində qarabaşaq yarmasının, mal və toyuq ətinin, yumurtanın, portağalın, bananın, çuğundurun, kartofun, qurudulmuş üzümün qiymətlərində ucuzlaşma, uzun və yumru düyünün, qoyun ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının, kərə yağının, zeytun və günəbaxan yağlarının, limonun, naringinin, almanın, armudun, heyvanın, narın, qozun, fındığın, şabalıdın, göyərtinin, kələmin, kökün, soğanın, sarımsağın, şəkərin, duzun qiymətlərində isə bahalaşma müşahidə olunub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31