“Azərbaycan-Böyük Britaniya enerji əməkdaşlığı'' müzakirə edilib

Londonda, Böyük Britaniya Parlamentinin Lordlar Palatasında "Azərbaycan-Böyük Britaniya enerji əməkdaşlığı'' mövzusunda tədbir keçirilib. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə,  iki ölkə arasında mövcud tarixi əməkdaşlığın qarşıdakı perspektivlərinə həsr olunmuş tədbirdə Böyük Britaniyanın energetika və iqlim dəyişkiliyi Dövlət Katibinin parlament müavini Baronessa Sandip Verma, Dövlət naziri David Lidinqton, Baş nazirin Azərbaycan və Türkmənistan üzrə ticarət elçisi Çarlz Hendri, Parlamentin Nümayəndələr Palatasının vitse-spikeri Eleanor Lainq, Lordlar Palatasının üzvləri, Parlamentin enerji məsələləri üzrə komissiyasının təmsilçiləri, BP şirkətinin Baş İcraçı Direktoru Robert Dadli, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Gordon Birrell, səfir və diplomatlar, Azərbaycan nümayəndə heyətinə daxil olan rəsmi şəxslər iştirak ediblər. Tədbirdə çıxış edən ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev Azərbaycan və Böyük Britaniya arasında enerji sahəsində əməkdaşlığın elm, mədəniyyət, təhsil sahələrinə nüfuz edərək daha da genişləndiyini vurğulayıb. Müzakirələrdə çıxış edən Lordlar Palatası üzvləri və digər iştirakçılar Azərbaycan və Böyük Britaniya arasında enerji əməkdaşlığının bundan sonra da davam edib dərinləşməsi üçün böyük perspektivlərin mövcud olduğunu ifadə ediblər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31