Rövnəq Abdullayev: "Azərbaycan "Avro 2020"-ni yüksək səviyyədə keçirməyə hazırdır"

2020-ci il Avropa çempionatına ev sahibliyi etmək üçün Bakının sənədləri namizəd şəhər kimi verilib. Artıq sənədləşmə işləri başa çatıb və apreldə çıxarılacaq qərar gözlənilir. Bakı qalib seçiləcəyi halda, Azərbaycan oyunları yüksək səviyyədə keçirməyə hazırdır. Trend-in məlumatına görə, bunu AFFA prezidenti Rövnəq Abdullayev qurumun bu gün keçirilən hesabat konfransında deyib.

R.Abdullayev bildirib ki, qurum ötən ili uğurla başa vurub. AFFA prezidenti yığma komandanın 2014-cü il dünya çempionatının seçmə tsiklində 9 xal qazandığını xatırladıb.

Konfransa UEFA-nın I vitse-prezidenti Şenes Erzik də qatılıb.

Konfransda səs hüququna malik 35 üzvdən 33-ü iştirak edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31