2 milyon avroluq maşın FOTO
5 Mart 2014 19:32 İqtisadiyyatCenevrədə avtomobil sərgisi başlayıb. ANS PRESS-in məlumatına görə, sərgiyə dünyanın ən aparıcı avtomobil istehsalçıları qatılıb. Bu il sərgidə 150 fərqli model nümayiş olunacaq. Sərgi 11 gün davam edəcək. Sərgidə 30 fərqli ölkədən 250 istehsalçı firma iştirak edəcək. 700-dən çox model 110 min kvadrat metrlik ərazidə sərgilənəcək. Sərgiyə 700 mindən çox insanın gələcəyi proqnozlaşdırlır.
Artıq sərginin ən bahalı maşını müəyyənləşib. Bu, "Bugatti Veyron"un 4-cü versiyası olan "Rembrandt Bugatti Legend"dir. Maşının Avropada qiyməti 2 milyon avrodur.
Avtomobildən 3 ədəd istehsal edilib. Artıq onlar öz sahiblərini tapıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31